Bu gün Qol.Az saytının fəaliyyətə başlamasından beş il ötür. Futbolinfo.az xəbər verir ki, sayt 2008-ci il, noyabrın 17-də Qol.Az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb.
 
Qol.Az bu beş il ərzində Azərbaycanın ən çox oxunan idman portallarından birinə çevrilib. Həmçinin Qol.Az bu il Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
 
Beş yaşını qeyd edən saytın bütün əməkdaşlarını bu münasibətlə təbrik edir, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Shares: