İspaniyanın "Real" klubu daha bir ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisində Sami Xediradan sonra digər əsas heyət oyunçusu Xabi Alonso da zədələnib.
İspan futbolçu yığma komandanın Ekvatorial Qivineya ilə qarşılaşmasının 43-cü dəqiqəsində zədələnib və oyunu davam etdirə bilməyib. Futbolçunun zədəsinin nə dərəcədə ciddi olub-olmaması bugünkü müayinədən sonra bilinəcək.





