İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Serxio Aquero komandasının çempionluq şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu səfər oyunlarındakı uğursuz çıxışın çempionluq şanslarını azaltdığı qənaətindədi:
 
"Fikrimcə, "Mançester Siti" mövsümün sonuna qədər mükafat uğrunda mübarizə aparmalıdı. Bu il liqada çempion olmaq gücündəyik. Bunun üçün, əsasən, səfər oyunlarında daha yaxşı oynamalıyıq".
 
Qeyd edək ki, "Mançester Siti" geridə qalan 11 turdan sonra 19 xalla 8-ci yerdədi.
Shares: