Rusiya Futbol Federasiyası Fabio Kapello ilə müqavilə müddətini artıracaq. Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Vitali Mutko məlumat verib.
 
Mutko italyan mütəxəssislə görüşdüyünü və müqavilə müddətinin 4 il artırılmağına razılıq verdiyini bildirib. Kapellonun vəkili 21-22 noyabrda Moskvaya gələrək, müqavilənin şərtlərini müzakirə edəcək.
 
Qeyd edək ki, DÇ-2014-ə vəsiqə qazanan Rusiya yığması Portuqaliya, İsrail, Azərbaycan, Şimali İrlandiya və Lüksemburqun yer aldığı qrupdan 22 xalla qrup lideri olub.
Shares: