Futbol üzrə Azərbaycan 1-ci Divizionunda 10-cu tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə üç oyun keçirilib.
 
“Ağsu”nun qonağı olan “Qaradağ Lökbatan”, eləcə də MOİK-lə üz-üzə gələn “Araz Naxçıvan” minimal hesablı qələbəyə sevinib. “Bakılı” isə “Göyəzən”lə dueldən qalib ayrılıb.
 
Birinci Divizion
10-cu tur
17 noyabr
 
Ağsu – Qaradağ Lökbatan – 0:1
Qol: Vurğun Həsənzadə, 66.
 
MOİK – Araz Naxçıvan – 0:1
Qol: David Janalidze, 90+3-pen.
 
Bakılı – Göyəzən – 3:1
Qollar: Əli Hüseynov, 19, Rövşən İsmayılov, 39; 56 – Azər İbrahimov, 80.
Shares: