İtaliyanın "Fiorentina" klubu yeni qapıçı axtarışındadı. Futbolinfo.az xəbər verir ki, Florensiya təmsilçisinin məşqçilər korpusu komandanın hazırki "1 nömrə"si Netoya rəqib gətirmək istəyir.
 
"Fiorentina"nın maraq dairəsində olan qolkiper isə "Barselona"dan ayrılacağı gözlənilən Viktor Valdesdi. Valdesin katalonlarla sözləşməsi 2014-cü ilin iyununda başa çatır.
 
Xatırladaq ki, "Fiorentina"nın heyətində görmək istədiyi digər qolkiper isə KPR-in qapıçısı Julio Sezardı. 
Shares: