Məşhur futbol mütəxəssisi Qus Hiddink yenidən məşqçilik karyerasını bərpa etməık fikrindədi. Futbolinfo.az xəbər verir ki, ötən mövsüm “Anji”də karyerasını başa vurduğunu açıqlayan hollandiyalı son açıqlamasında yenidən klub çalışdıra biləcəyini istisna etməyib:
"Bir neçə ay ərzində başqa işlərlə məşğul olmaq əladı. Lakin hazırda mən özümdə işə qayıtmaq üçün enerji və güc hiss edirəm. Hələlik harda işləyəcəyimi deyə bilmərəm.Avstraliya yığmasından təklif var idi. Lakin mənə hazırda belə bir iş lazım deyil".





