"Borussiya" (Dortmund) mövsümün sonunda komnadadan ayrılacağı gözlənidən Robert Levandovskiyə əvəzləyici tapıb. Futbolinfo.az xəbər verir ki, bundesliqa klubu polşalı ulduzun yerini “Atletiko”nun qolçusu Dieqo Kosta ilə doldurmaq istəyir.
İngiltərə mətbuatının məlumatına görə, cari mövsüm La Liqada 13 qol vuran ulduz üçün almanlar Madrid təmsilçisinə 24 milyon avro təklif edəcək. Kostanın özünün də Bundesliqada oynamağa müsbət yanaşdığı deyilir.





