Futbol üzrə Azərbaycan yığması Bişkekə yollanıb. Futbolinfo.az xəbər verir ki, millimiz yoldaşlıq oyunu çərçivəsində yerli Qırğızıstan yığması ilə bu ilin son rəsmi oyununu keçirəcək.
Nümayəndə heyətimiz qırğızlar tərəfindən isti qarşılanıb. Futbolçularımız bu gün Bişkekdə oyunqabağı son məşqə çıxacaqlar. Berti Foqts isə jurnalistlərin suallarını cavablayacaq.
Xatırladaq ki, oyun noyabrın 19-da “Dolen Omurzakov” stadionunda keçiriləcək.





