Futbol üzrə İspaniya çempionatının ikinci divizionunda (Sequnda) növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası – "Real Mursiya" 14-cü tur çərçivəsində evdə “Sporting Qijon”la qarşılaşıb.
 
Oyun 1:1 hesablı ilə başa çatıb.
 
Eddi bu oyuna start heyətdə çıxıb. O, 90 dəqiqə meydanda olub.
 
“Mursiya” 14 turdan sonra 21 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Shares: