İngiltərənin güclü klublarından “Mançester Siti” heyətini Madrid “Real”ının müdafiəçisi ilə gücləndirmək niyyətindədi. Söhbət İspaniya yığmasının da şərəfini qoruyan Serxio Ramosdan gedir.
 
Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” “Real”ın kapitanını heyətinə qatmaqdan ötrü 39 milyon avrosundan keçməyə hazır olduğunu bildirib. İspaniya mətbuatına inansaq, Mançester təmsilçisi yanvarda “Kral Klubu”na rəsmi təklif göndərəcək.
 
Qeyd edək ki, Ramosun “Real”la müqaviləsindəki sərbəst qalma dəyəri 50 milyon avrodu. Madrid klubu Serxionu 2005-ci ildə “Sevilya”dan 27 milyon avro qarşılığında almışdı.
Shares: