21 yaşadək futbolçular arasında AÇ-2015-in seçmə mərhələsinin 8-ci qrupunda növbəti oyunlar keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın da daxil olduğu bu qrupda Portuqaliya yığması səfərdə İsraillə qarşılaşıb.
 
90 dəqiqə ərzində qapılara 7 qol vurulub. Portəgizlər rəqibini səfərdə 4:3 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.
Qeyd edək ki, bu gün 8-ci qrup çərçivəsində Makedoniya Norveçi qəbul edəcək. Azərbaycan yığması isə növbəti matçını gələn il iyunun 5-də Bakıda Norveçə qarşı keçirəcək.
 
1 Portuqaliya 4 4 0 0 14 4 +10 12
2 İsrail 5 3 0 2 17 11 +6 9
3 Makedoniya 3 1 1 1 2 2 0 4
4 Azərbaycan 5 1 1 3 5 11 –6 4
5 Norveç 5 1 0 4 6 16 –10 3
Shares: