Braziliya millisinin sabiq üzvü Ronaldinyo gələn il ölkəsində keçiriləcək dünya çempionatı öncəsi yenidən yığmaya dəvət alacağına inanır. Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu bunun üçün mundiala qədər yaxşı formada qalmağın vacibliyini qeyd edib:
 
“Mənim dünya çempionatında oynamaq ümidlərim ölməyib. Lakin bunun üçün xüsusi nəsə etmirəm. Adi həyatımı yaşayıram. Hazırda Braziliya çempionatı haqda düşünürəm. Növbəti ildə nələr olacağı barədə fikirlərim yoxdu. Əsas məqsədim daim irəliləmək və dünya çempionatına qədər əla formada olmaqdı”.
Shares: