"Qəbələ"nin hücumçusu Daniel Subotiçin futbolinfo.az saytına müsahibəsi
– Qarşıda AZAL-la oyun var. Komanda bu matça necə hazırlaşır?
– Normal hazırlaşırıq. 1 gün istirahət etdik. Sonra gündə iki dəfə olmaqla məşqlərə başladıq. Hər şey yaxşıdı. Demək olar ki, oyuna hazırıq.
– Heyətlə bağlı itkiləriniz var?
– Xeyr. Bütün futbolçular hazır vəziyyətdədilər.
– Xeyr. Bütün futbolçular hazır vəziyyətdədilər.
– Son iki turda komanda qalib gələ bilmir…
– "Qarabağ"la matçda pis oynadıq. Amma "Xəzəzr Lənkəran"la qarşılaşmaya baxanlar da deyə bilər ki, bu oyunda qələbə qazanmağımıza hava şəraiti və stadionun əlverişsiz vəziyyətdə olması mane oldu.
– Sizcə, çempionluq yarışında ən çətin rəqibiniz kimdi?
– Cari çempionatın ən yaxşısı "Qarabağ"dı. Düzdü, mənim Azərbaycan Premyer Liqasında 1-ci ilimdi. Amma bu mövsüm üçün ən güclü rəqibin "Qarabağ" olduğunu görmək çətin deyil.
– Bu mövsüm 4 qol vurmusuz və ilk pillədəki Əfran İsmayılodan 2 top geridəsiz. Necə düşünürsüz, çempionatın ən sərrast futbolçusu ola biləcəksiz?
– Mən hücumçuyam və işim qol vurmaqdı. Təbii ki, bombardir ola bilərəm. Məqsədim də budu. Hər şey yolunda getsə, niyə də buna nail olmayım?
– Çempionatımızın səviyyəsi sizi qane edirmi?
– 5-6 il əvvəl sizin çempionatın səviyyəsi sıfır idi. Amma son illərdə Premyer Liqanız çox yüksəlib. Gələcəkdə daha da yaxşı olacağını düşünürəm
– Əvvəl forma geyindiyiniz klublar ilə "Qəbələ"ni müqayisə edə bilərsizmi?
– Hər biri fərqli çemionatlar olub. İngiltərə Premyer Liqasında, Belçika, İtaliya, Ukrayna, Rumıniya çempionatlarında forma geyinmişəm. Yalandan deyə bilmərəm ki, "Qəbələ" hamısından yaxşıdı. Amma hər birinin mənim üçün öz yeri var. Özünüz bilirsiz ki, forma geyindiyim ölkələrin komandaları ÇL-də, Avroliqada mübarizə aparırlar. Ona görə müqayisə etmək çətin olar.
– Qəbələdə yaşamaq çətin deyil ki?
– Çox çətindi. Burada heç nə yoxdu. Bütün günü mehmanxanada oluruq. Düzdü, otel çox gözəldi. Amma yenə deyirəm, burada yaşamaq çox çətindi.
– Ailənizlə birgə yaşayırsız?
– Xeyr. Ailəm daim yanımda olmur. Yoldaşım 2 dəfə yanıma gəlib. Sonuncu dəfə bu yaxınlarda gəlmişdi.
– Ümumiyyətlə, "Qəbələ"yə keçidiniz necə baş tutdu?
– Bir tanış agent var idi. O, klubun mənimlə maraqlandığını dedi. Mən də şərtlər qane etsə, razılaşaram dedim. Təbii ki, bu keçidimdə Yuri Syomin amilinin də rolu böyük oldu. O, gözəl insan və yaxşı məşqçidi.
– Ölkəmizə gəlməzdən öncə futbolumuz haqda məlumatınız var idi?
– Əlbəttə. "Neftçi"nin Milan "İnter"i ilə səfərdə 2:2 hesablı heç-heçəsindən xəbərdar idim. Bundan əlavə, "Qarabağ" və "İnter" klubları barədə də eşitmişdim.
KƏMALƏ İSMAYILOVA





