İtaliya millisinin baş məşqçisi Çezare Prandelli "Roma"nın canlı əfsanəsi Françesko Tottinin yığmaya qayıtmaq perspektivi haqda sualı cavablandırıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis 37 yaşlı futbolçunun "Skuadra Adzurra"ya qayıtması barədə danışmağın erkən olduğunu vurğulayıb:
"Totti böyük istedaddı, amma vaxt heç kim üçün bir yerdə dayanmır. İstənilən halda gəlin, Tottinin milliyə qayıdışı barədə hələlik heç nə danışmayaq. Çünki sonuncu dəfə mən bu barədə açıqlama verdikdən az sonra Totti zədə aldı. İstəməzdim ki, eyni hal yenə təkrarlansın. Onu da unutmayaq ki, Totti özü yığmadakı karyerasını başa vurub".





