DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonası üzrə pley-off oyunlarına yekun vurulub. Futbolinfo.az xəbər verir ki, 8 komanda Braziliyaya 4 vəsiqə uğrunda cavab matçlarına çıxıb.
 
Günün ən maraqlı qarşılaşması İsveçdə keçirilib. Heyətində Zlatan İbrahimoviç kimi dünya ulduzu olan İsveç yığması Kriştiano Ronaldolu Portuqaliyanı qəbul edib. Bu görüş dünya çempionatında hansı ulduzun oynayacağını müəyyənləşdirəcəkdi. Sonda bu sevinci Ronaldo yaşayıb. İlk oyundakı yeganə qolunu müəllifi olan Madrid "Real"ının ulduzu səfərdə het-trikə imza atmaqla komandasını təkbaşına DÇ-yə daşıyıb. İsveçlilər isə sadəcə İbrahşimoviçin dubla imza atması ilə təsəlli tapıblar.
 
Daha bir maraqlı matç Fransada baş tutub. Kiyevdə gözlənilmədən Ukraynaya 0:2 hesabı ilə yenilən fransızlar ev oyununda məğlubiyyətin əvəzini artıqlamasıyla çıxa biliblər. Rəqibi darmadağın edən Mişel Platininin həmyerliləri DÇ-yə vəsiqə əldə ediblər.
 
Daha bir matç Rumıniyada oynanılıb. Rumınlar doğma divarlar arasında Yunanıstanı qəbul ediblər. Bu komandalar arasında ilk oyunda yunanlar 3:1 hesablı qələbə qazanaraq demək olar ki, dünya çempionatına vəsiqəni təmin etmişdilər. Cavab görüşündəki heç-heçə onların bu arzusunu tam reallaşdırıb.
 
Digər görüşdə isə Xorvatiya İslandiyanı qəbul edib. Komandaların ilk oyununda hesab açılmamışdı. Cavab görüşündə iki cavabsız qola sevinən xorvatlar DÇ-yə vəsiqəni təmin ediblər.
 
DÇ-2014-ə vəsiqə uğrunda pley-off oyunları
19 noyabr
 
Rumıniya – Yunanıstan – 1:1 (ilk oyun – 1:3)
Qollar: Torosidis, 54-öz qapısına  Mitroğlu, 23.
 
Xorvatiya – İslandiya – 2:0 (0:0)
Qollar: Mandzukiç, 27, Srna, 47.
 
İsveç – Portuqaliya – 2:3 (0:1)
Qollar: İbrahimoviç, 68; 72 – Ronaldo, 50; 77; 79.
Fransa – Ukrayna – 3:0 (0:2)
Qollar: Saxo, 22; 72, Benzema, 34.
Shares: