Almaniyanın Regional Liqasında növəbti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Dusseldorf "Fortuna"sının ikinci komandası "Vattenşeyd" klubunu qəbul edib.
21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Toğrul Erat və bu komandamızdan dəvət alsa da, zədəli olduğu üçün Makedoniya ilə oyuna yollanmayan Eren Taşkın start heyətində meydana çıxıb. Eren 39-cu dəqiqədə fərqlənərək hesabı açıb. Toğrul isə 83-cü dəqiqədə sarı vərəqə alıb.
Oyun 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "Fortuna" 16 oyuna topladığı 29 xalla 4-cü pillədə qərarlaşıb.





