"Neftçi"nin baş məşqçisi Nazim Süleymanov Azərbaycan millisinin Estoniya (1:2) və Qırğızıstana (0:0) qarşı keçirdiyi son oyunlar barədə fikirlərini bildirib. Futbolinfo.az saytına müsahibəsində yerli mütəxəssis bunları dilə gətirib:
 
"Son iki oyundakı nəticə pis deyil. Ancaq mən futbolçularımızdan daha yaxşı nəticə gözləyirdim. Reytinqə təsir edən oyunlar idi. Qırğızıstanla heç-heçə hamımızı məyus etdi. Zəif komanda yoxdu. Komanda zəif və ya güclü olduğunu meydanda göstərir. Buna görə futbolçular hazırlıqlı olmalıdı, meydana hazır çıxmalıdılar. Reytinq cədvəlindəki pilləyə aldanmaq olmaz. Ümumilikdə, milli bu il pis təsir bağışlamadı. Seçmə mərhələdə cəmi 3 oyunda uduzduq. Fikrimcə, pis təsir bağışlamadıq".
Shares: