Fransa millisinin yarımmüdafiəçisi Frank Riberi DÇ-2014-ün pley-off mərhələsi çərçivəsində Ukrayna ilə oyundan sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, ulduz futbolçu doğma azarkeşlərin dəstəyi altında möhtəşəm oyun sərgilədiklərini bildirib:
 
"Ukraynada aldığımız məğlubiyyətdən sonra çox məyus olmuşduq. Ancaq cavab matçında hər şey istədiyimiz kimi oldu. Belə atmosferdə oynamaq hər futbolçu üçün xoşdu. Uzun müddət idi ki, "Stade de France"da belə dəstək görmürdüm. Braziliyaya getməsəydik, bu biz çox pis təsir edəcəkdi. Lakin möhtəşəm oyunla istəyimizə nail olduq".
 
Qeyd edək ki, səfərdə Ukraynaya 0:2 hesabı ilə uduzan Fransa cavab matçında rəqibini 3 cavabsız qolla keçdi.
Shares: