"Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində baş tutacaq  "Xəzər Lənkəran"la qarşılaşma öncəsi fikirlərini açıqlayıb.
Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:

"Xəzər Lənkəran"la qarşılaşmaya çox ciddi hazırlaşırıq. Çalışacağıq ki, 1-ci dövrədəki məğlubiyyətin əvəzini çıxaq. İtirəcəyimiz heç nə yoxdu. Ancaq irəli baxmaq lazımdı. Liderlik uğrunda mübarizə aparmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq. Bu, bizim üçün vacib qarşılaşma olacaq. İnşallah, yaxşı oyun nümayiş etdirib, qələbə qazanacağıq".

Shares: