Türkiyə Futbol Federasiyası ilə 7 illik yeni müqavilə imzalayan Fatim Terimin qazancının nə qədər olduğu aydınlaşıb. Futbolinfo.az xəbər verir ki, yeni sözləşməyə əsasən təcrübəli mütəxəssis hər il üçün 3.5 milyon avro alacaq.
Terimin komandası 2018-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanarsa, əlavə olaraq 750 min avro əlavə gəlir əldə edəcək. Türkiyə son 16 yığmadan biri olacağı təqdirdə daha 750 min, 1/4 finalçı olarsa, 250 min, yarımfinala çıxarsa, əlavə 500 min, final oynadığı təqdirdə isə daha 750 min avro mükafat alacaq. Çempionluq qazanılarsa TFF Terimə 1.5 milyon avro verəcək. Bu isə o deməkdi ki, Türkiyə DÇ-2018-də qızıl medallara sahib çıxarsa, baş məşqçi ümumilikdə 4.5 milyon avro qazanacaq.





