Azərbaycan tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov millimizin son oyunlarını dəyərləndirib. Futbolinfo.az saytına açıqlamasında o, Estoniya (1:2) və Qırğızıstanla (0:0) keçirilən yoldaşlıq oyunlarını və millinin bu il qazandığı nəticəni dəyərləndirib:
"Oyunlara baxmamışam. Ona görə də millinin çıxışı barədə dəqiq heç nə deyə bilmərəm. Amma nəticədən xəbərim var. Millidən çox şey gözləyirdim. Hər iki komandanı məğlub edə bilərdik. Deyəsən, Qırğızıstanla heç-heçə bizi reytinq cədvəlində geriyə salıb. Rusiya ilə bərabərliyə baxanda, bu sülhü yaxşı hesab etmək olmaz. Estonlara da hesabda öndə olduğumuz halda məğlub olduq. Əsas sabit oyuna fikir verməliyik. Əvvəlki illərə nisbətən xal ehtiyatımız artıb. Foqtsun qarşısına hansı məqsəd qoyulduğunu bilmirəm. Əgər çox xal yığmaq tapşırılıbsa, bu 9 xal yaxşıdı. İnkişaf dövründə biz oyunçuların artımına, onların oynamağına fikir verməliyik".





