Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo İsveçlə oyundan sonra hisslərini mətbuatla bölüşüb. Futbolinfo.az xəbər verir ki, hər iki pley-off oyununda komandasının bütün qollarına imza atan və Portuqaliyanı təkbaşına DÇ-yə daşıyan forvard son zamanlar göstərdiyi əla oyunu belə şərh edib:
“Çıxışımı davam etdirirəm. Meydanda heç kimə cavab vermədim. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Futbol belə oyundu. Məhz bu səbəbdən də sevilir. Hər iki oyunda güclü tərəf biz idik. Dünya çempionatına vəsiqə qazandığımız üçün çox şadam. Hədəfimizə çatdıq. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Artıq bu zəfərin dadını çıxarmaq vaxtıdı".
Qeyd edək ki, Ronaldo İsveçlə matçda het-trik etib.





