"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynov Azərbaycan yığmasının Estoniya (1:2) və Qırğızıstan (0:0) ilə yoldaşlıq oyunlarının nəticələri haqda danışıb. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
 
"Açığını deyim, Estoniya və Qırğızıstanla oyuna baxa bilmədim. Amma bildiyimə görə, estonlarla birinci hissədə yaxşı oynamışıq. İkinci hissədə yaxşı təsir bağışlamadıq. Qırğızıstanla görüşə gəlincə, rəqibə hörmətsizlik kimi çıxmasın, amma qırğızlarla oynamaqdansa, oynamamaq daha yaxşı olardı. Nəticənin niyə belə olduğunu deyə bilmərəm. Ola bilsin, yoldaşlıq görüşü olduğundan futbolçular ciddi yanaşmayıb. Estonlara qarşı oyunda Raufun vurduğu qola baxdım. Demək olar ki, Əliyev qol vurduğuna sevinmədi".
 
Hüseynov bütövlükdə 2013-cü ili millimiz üçün belə dəyərləndirdi: "Millinin bu il göstərdiyi nəticələr pis deyildi. Seçmə mərhələsində 9 xal yığdıq. Buna görə yalnız futbolçulara təşəkkür düşür, çünki bu xalı onlar yığıb".
Shares: