FİFA prezidenti Yozef Blatter Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo haqda müsbət fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, dünən Portuqaliya İsveçin qonağı olmuş və həmin matçda qonaqlar Ronaldonun het-triki ilə 3:2 hesablı qələbə qazanmışdı.
Qarşılaşmadan sonra "tvitter" hesabında fikirlərini bildirən Blatter 28 yaşlı hücumçu haqda yazıb: "Portuqaliya dünya çempionatında iştirak edəcək. Ronaldo fantastik oyunçudu".
Qeyd edək ki, bundan əvvəl FİFA prezidenti Messinin Ronaldodan daha yaxşı futbolçu olduğunu bildirmişdi. O, sonradan dediklərinə görə portuqaliyalı hücumçudan üzr istəmişdi. Ancaq Ronaldo bu üzrü qəbul etməyərək Blatterin zənglərinə də cavab verməmişdi.





