"Barselona"nın futbolçusu Lionel Messiyə "Qızıl buts" mükafatı təqdim olunub. Futbolinfo.az xəbər verir ki, mükafatlandırma mərasimində argentinalı hücumçu bu uğuru çətin günlərində onun yanında olan insanlara həsr edib:
"Komanda yoldaşlarım olmasaydı, bu mükafatı ala bilməzdim. Yeni ilin ilk matçında iştirak edib-etməyəcəyimi bilmirəm. Özümü tam yaxşı hiss etmədən yaşıl meydana qayıtmayacağam".
Qeyd edək ki, Messi noyabrın 10-da "Betis"lə matçda zədələnmişdi. Onun 6-8 həftə yaşıl meydanlarda uzaq qalacağı açıqlanmışdı.





