Dünya çempionatına vəsiqə uğrunda keçirilən pley-off oyunlarına bu gecə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, DÇ-2014-ün final mərhələsinə vəsiqə qazanan sonuncu ölkənin də adına aydınlıq gəlib.
 
Gözlənildiyi kimi Uruqvay millisi mundiala gedən sonuncu iştirakçı adını qazanıb. Cənubi amerikalılar İordaniyanı qəbul edib. İlk oyunda səfərdə rəqibini 5:0 darmadığın etmiş Uruqvay bu matç demək olar ki, formal xarakter daşıyırdı. Matçda hesab açılmayıb və Uruqvay DÇ-2014-ün 32-ci yolçusu olub.
Shares: