"Barselona"nın növbəti transfer hədəfi bəlli olub. Futbolinfo.az xəbər verir ki, Kataloniya klubu "Volfsburq"un yarımmüdafiəçisi Luis Qustavonu heyətinə qatmağı planlaşdırır.
 
"Barsa" Braziliya millisinin 26 yaşlı futbolçusuna qışda komandanı tərk edəcəyi gözlənilən Aleks Sonqun əvəzləyicisi gözüylə baxır. Hələlik "Volfsburq"un bu təklifi necə dəyərləndirəcəyi məlum deyil.
 
Xatırladaq ki, cari mövsümdə Luis Qustavo Almaniya çempionatında 9 oyuna çıxıb və 1 qol vurub.
Shares: