"Roma"nın qış transfer pəncəsərində heyətinə qatmaq istədiyi futbolçuların adları müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun ilk hədəfi "Mançester Yunayted"in müdafiəçisi Nemanya Vidiçdi.
32 yaşlı serb futbolçunun "qırmızı şeytanlar"la hazırki müqaviləsi yayda başa çatır. Vidiçdən başqa "Roma" PSJ-nin futbolçusu Xavyer Pastoreni icarəyə götürməyi planlaşdırır.
Adıçəkilən 2 futbolçu ilə yanaşı, "canavarlar”ın transfer siyahısında Fabio Kvalyarella (Yuventus), Salomon Kalu (Lill), Filip Corceviç (Nant) və Dario Çvitaniç (Nitsa) var.





