İngiltərənin "Liverpul" klubu hücumçusu Luis Suaresi Madrid "Real"ına satmağa razılıq verib. Yeganə şərt budur ki, İspaniya təmsilçisi qarşı tərəfə 47 milyon avro ödəməlidi.
 
Futbolinfo.az xəbər verir ki, məbləğin yüksək olduğunu əsas gətirən "Kral Klubu"nun rəhbərliyi hələlik Suaresin transferində tələsmək istəmədiklərini açıqlayıb. Lakin "qalaktikos" 47 milyon avro ödəyəcəyi təqdirdə Suares yanvardan "Real"da çıxış edəcək.
 
Qeyd edək ki, İngiltərənin "Arsenal" klubu daha öncə uruqvaylı futbolçunun transferi üçün 50 milyon avro təklif etsə də, "Liverpul" bu məbləğlə razılaşmamışdı.
Shares: