İtaliya millisi və "Yuventus" klubunun sabiq futbolçusu Alessandro del Pyero karyerasını başa vurmaq haqda düşünmür. Futbolinfo.az xəbər verir ki, karyerasını Avstraliyanın “Sidney” komandasında davam etdirən yarımmüdafiəçi ən azı cari mövsümün sonuna qədər yaşıl meydanlarda olacağını açıqlayıb:
 
"Hazırda gələcək karyeramla bağlı nəsə deyə bilərəm. Ancaq ən azı mövsümün sonuna qədər oynamaq istəyirəm. "Sidney"lə müqaviləm 2014-cü ilin yayında başa çatacaq. Daha sonra nələr olacağını bilmirəm".
 
Qeyd edək ki, Del Pyeronun 39 yaşı var.
Shares: