Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan "Kahramanmaraşspor"un şərəfini qoruyan Murad Axundzadə komandadan ayrılacaq. Bu barədə futbolinfo.az saytına açıqlamasında futbolçunun özü məlumat verib.
Həmyerlimizin sözlərinə görə komandadan ayrılmağına səbəb maddi çətinliyin olmasıdı: "Komandadan ayrılacam. Pullarımızı ala bilmirik. Hələlik, hansı komanda olduğunu bilmirəm, amma menecerlərim axtarışdadı. Allah qoysa, qışdan sonra başqa komandada oynayacam. Yeni komandam Türkiyənin başqa bir klubu və ya başqa xarici klub ola bilər".
Bundan başqa digər bir həmyerlimiz Fərid Quliyev də mövsümün ikinci hissəsini başqa komandada keçirəcək. Quliyev də eyni səbəbdən komandanı tərk edir. Quliyevlə əlaqə saxlaya bilməsək də, komanda yoldaşı bu barədə məlumat təsdiqləyib.
Axundzadə "Kahramanmaraşspor"da oynamamasına da münasibət bildirib: "Mənim heyətə düşməməklə bağlı problemim yoxdu. Bu gedişatla çoxdan oynayardım. Amma lisenziya ilə bağlı problem var. Çox güman ki, qış fasiləsindən sonra oynaya biləcəm".





