Xəbər verdiyimiz kimi, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev İngiltərəyə yola düşüb. Futbolinfo.az xəbər verir ki, klubun rəhbəri AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində eyniadlı şəhərdə Futbol İdarəçiliyi Təlim Proqramı üzrə növbəti seminarda iştirak edir.
Əldə etdiyimiz son məlumata görə, Quliyev bu səfərə tək yollanmayıb. Belə ki, onunla yanaşı sözügedən tədbirlərdə AFFA-nın baş katibi Elxan Məmmədov, həmçinin "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov da iştirak edir.
Shares: