"Yuventus"un futbolçusu Arturo Vidal klubu ilə müqaviləni yeniləməyə razılıq verib. Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı informasiya yayıb.
 
Belə ki, tərəflər öz aralarında razılığa gəlib və yaxın genlərdə rəsmi imza mərasimi təşkil olunacaq. Razılığa əsasən, 2016-cı ildə başa çatacaq 26 yaşlı yarımmüdafiəçinin müqaviləsi daha iki il uzadılacaq.
 
Qeyd edək ki, çilili futbolçu 2011-ci ildə Almaniyanın “Bayer” (Leverkusen) klubundan “Yuventus”a transfer olunub.
Shares: