2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında xüsusi spreylərdən istifadə olunacaq. Futbolinfo.az xəbər verir ki, FİFA Hakimlər Komitəsi belə qərar verib.
Komitənin sədri Massimo Buzakka nın sözlərinə görə, cərimə zərbələrinin yerinə yetirilmə nöqtələrini və canlı səddin dayanmalı olduğu yerləri göstərmək üçün hakimlər spreydən istifadə edəcəklər:
“Bunun işin xeyrinə olacağını düşünürük. Araşdırma apardıq və məlum oldu ki, futbolçuların əksəriyyəti canlı səddin təşkili zamanı qaydalar riayət etmirlər. Təəssüf ki, bir çox hallarda bu kimi hallar referinin diqqətindən yayınır və futbolçular layiq olduqları sarı vərəqə ilə cəzalandırılmırlar. Spreyi klublararası dünya çempionatında sınaqdan keçirəcəyik. Bundan sonra bu metoddan FİFA bayrağı altında keçiriləcək digər turnirlərdə, eləcə də, DÇ-2014-də istifadə olunacaq”.
Qeyd edək ki, bu yeniliyin əlavə mübahisələrin qarşısını alacağı gözlənilir.





