Futbol üzrə Estoniya yığmasının baş məşqçisi Tarmo Rüütli yerli federasiya ilə başa çatacaq müqaviləsini yeniləməyəcək. Futbolinfo.az xəbər verir ki, Ryüütlinin Estoniya yığmasını AÇ-2012-nin təsnifat mərhələsinin pley-of oyunlarına çıxarması bu komandanın ən böyük nailiyyəti olub.
Ryüütlinin rəhbərliyi altında Estoniya yığmasının Azərbaycan yığmasını məğlub etdiyi oyun (2:1) məşqçinin son ev oyunu olaraq tarixə köçüb.





