"Real"ın (Madrid) superulduzu Kriştianu Ronaldo bu klubda olduğu üçün çox xoşbəxtdi. Futbolinfo.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqal hücumçu karyerasını elə hazırkı komandasında başa vurmaq istədiyini deyib.
Ronaldo "Qızıl top" mükafatını təqdimetmə mərasiminə qatılıb-qatılmayacağı suallarına da aydınlıq gətirib: "Mərasimdə iştirak edib-etməyəcəyim dəqiq deyil. Ancaq mən "Qızıl top"u düşünmürəm. “Real”da oynayıramsa, ildən-ilə daha yaxşı formada olmalıyam. Yaşım artdıqca bəzi şeylərin fərqində oluram. 4 il əvvəl olsa, bəzi səhvlər etməzdim".





