İspaniya millisinin kapitanı İker Kasilyas "Qızıl top" mükafatı üçün kimə səs verdiyini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli qolkiper Madrid “Real”ında birgə forma geydoiyi Kriştianu Ronaldoya səs verdiyini deyib:
"Səsvermə uzadılmadan öncə səsimi vermişdim. Kriştianu çox yaxşı bir mövsüm keçirib. Əgər bu mükafatı qazanmasa, təəccüblənərəm. O, buna layiqdi. Bəzi insanlar səslərini futbolçuların oyun stilinə görə verir, bəzisi neçə kubok qazandığına baxır. Amma 80 matçda 90 qol vuran bir oyunçu ən yaxşı olmalıdı".
Qeyd edək ki, səsvermə noyabrın 29-da başa çatacaq.





