Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Qəbələ" – AZAL matçını izləmək üçün bölgəyə üz tutmasının səbəbini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində PFL rəhbəri bunları söyləyib:
 
"Bizim üçün hər bir qarşılaşma mərkəzi oyundu. "Qəbələ" 3-cü yerdə gedirsə, deməli, onun görüşü mərkəzi oyunlardan biridi. Çox maraqlı oyun olacağı üçün gəlmişəm. Həm Vaqif Sadıqovun, həm də Yuri Syominin məşqçilik sistemini bəyənirəm. İnanıram ki, bu gün maraqlı oyunun şahidi olacağıq".
Shares: