Bu gün Topaz Premyer Liqasının 14-cü turunun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma divarlar arasında AZAL ilə münasibətlərinə aydınlıq gətirir.
Oyuna ezam olunmuş əməkdaşımızın verdiyi xəbərə görə, "Qəbələ" bu oyunla bağlı azarkeşləri üçün xoş sürpriz hazırlayıb. Belə ki, qarşılaşma üçün satışa çıxarılan biletlər uduşludu. Oyundan sonra lotoreya təşkil olunacaq və 4 xoşbəxt azarkeş qiymətli əşyalarla mükafatlandırılacaqlar.
Qeyd edək ki, ilk dəfə tətbiq olunan bu metoddan növbəti ev oyunlarında da yararlanmaq nəzərdə tutulub.





