Millilərin yoldaşlıq oyunu və DÇ-2014-ün pley-off mərhələsinin matçları bir çox klubunn futbolçularının zədələnməsinə səbəb olub. Futbolinfo.az xəbər verir ki, xüsusən də İspaniya və Almaniya nəhəngləri bu haldan ən çox zərər çəkənlərdi.
 
"Real" (Madrid) və "Barselona" ciddi itkilərlə üzləşib. Madrid klubundan 3 futbolçu – Sami Hedira (6 ay), Fabio Koentrao (2 həftə) və Alvaro Arbeloa (1 həftə), "Barselona"dan isə Viktor Valdes (6 həftə) və Daniel Alveş (1 həftə) sıradan çıxıb.
Bundesliqaya gəincə, "Borussiya"da iki futbolçu zədələnib. Bunlar Mats Hummels və Marsel Şmeltserdir. "Bavariya" isə yığmanın matçı ilə əlaqədar ən önəmli oyunçusu Frank Riberinin xidmətindən bir həftə yararlana bilməyəcək.
Shares: