"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti futbolçusu Kriştiano Ronaldu haqda açıqlama verib. Futbolinfo.az xəbər verir ki, italiyan mütəxəssis birmənalı şəkildə düşünür ki, "Qızıl top" mükafatı bu il Ronaldoya verilməlidi:
 
"Ronaldonu izləmək həqiqətən xoşuma gəlir. Çünki o inanılmaz oyunlar keçirir. "Qızıl top" mükafatını ona verməmək üçün böyük ürəyin olmalıdı. Hələ vaxt var və ümid edirəm ki, bu mükafatı məhz Ronaldo qazanacaq. İsveçlə oyunda öz-özümə soruşurdum. Bu futbolçu həqiqətən "Real"da oynayır? Hazırda onun haqda danışmaq çox çətindi. Çünki hər kəs onun bir nömrə olduğunu gördü".
Shares: