Bu dəqiqələrdə Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Sumqayıt" – "Simurq" matçı keçirilir. Futbolinfo.az xəbər verir ki, ilk hissədə Stepan Polyakın vurduğu qol Zaqatala klubuna qələbə qazandırır.
Sözügedən görüşü izləyənlər arasında Tərlan Əhmədov da var. "Neftçi"dən ayrılandan sonra işsiz olan mütəxəssislə bağlı diqqətçəkən məqam onun bu görüşlə bağlı öz kitabçasında xüsusi qeydlər aparmasıdı. İstisna edilmir ki, "Sumqayıt"dan göndərilməsi gündəmdə olan Aqil Məmmədovu məhz "ağ-qaralar"ın sabiq baş məşqçisi çalışdırsın.
Qarşıdakı günlərdə bu məsələni araşdırmağa çalışacağıq.






