Futbol tarixinin ən yaxşılarından olan Pele “Barselona”nın hücumçusu Lionel Messi ilə Fransa millisinin sabiq yarımmüdafiəçisi Zinəddin Zidanı müqayisə edib. Futbolinfo.az xəbər verir ki, İspaniya mətbuatına danışan keçmiş futbolçu Zidanın Messidən üstün olduğunu deyib: 
 
“Zidan fərdi olaraq Messidən güclü idi. O, valehedici oyunçu olub. Komandasında Xavi və Andres İnyesta kimi həmkarları yox idi”.
 
Qeyd edək ki, Zidan karyerası ərzində “Qızıl Top” mükafatını bir dəfə, Messi isə dörd dəfə qazanıb.
Shares: