Rumıniya Futbol Federasiyası yığmanın məşhur siması Adrian Mutu millidən birdəfəlik kənarlaşdırıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb hücumçunun yığmanın baş məşqçisi Viktor Piçurka ilə məzələnməsidi. Hazırda Fransanın “Ayaçço” klubunda çıxış edən 34 yaşlı Mutu “Facebook” hesabında məşqçisinin karikaturasını yerləşdirib.
 
O, şəkildə Piçurkanı məşhur komediya aktyoru Rouen Atkinsonun yaratdığı Mister Bin obrazına bənzədib.
 
DÇ-2014-ün seçmə mərhələsinin pley off oyununda Yunanıstanla oyundan sonra bu addımı atan Adrian uğursuzluğa görə baş məşqçisini günahlandırıb.
Shares: