“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Bencamin Toşak istefa verdikdən sonra klubun rəsmi saytına fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı bunları açıqlayıb:
 
"Xəzər Lənkəran"da olan hər kəsə mənə olan xoş münasibətə görə təşəkkürümü bildirmək istəyirəm. Burada işin mənim üçün çətin olduğunu gördüm, özüm üçün yeni olan problemlər aşkar etdim. Kluba və onun azarkeşlərinə gələcəkdə uğurlar arzu edirəm"!
Shares: