Bu gün Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində daha bir oyun baş tutacaq. Futbolinfo.az xəbər verir ki, iki paytaxt klubu "İnter" və "Neftçi" üz-üzə gələcək.
Çempionluğa iddialı "Neftçi" qonaq qismində çıxış edəcək. Nazim Süleymanovun gəlişindən sonra məğlub olmayan "ağ-qaralar" paytaxt derbisində də qələbə qazanmağa çalışacaq. Bakı təmsilçisi 13 oyuna 28 xal toplayaraq 2-ci pillədə qərarlaşıb.
Digər paytaxt klubu "İnter"də isə vəziyyət fərqlidi. Sabit oyun göstərə bilməyən Kaxaber Sxadadzenin yetirmələri 13 turda yalnız 5 qələbə qazana bilib. Cütlüklərin "Bakcell Arena"da baş tutan ilk qarşılaşmasında "bankirlər" qapısından 3 qol buraxmışdı. İlk oyunda "Neftçi" Tərlan Əhmədovun başçılığı ilə meydana çıxmışdısa, bu dəfə komandaya Süleymanov rəhbərlik edəcək.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Topaz Premyer Liqası
14-cü tur
23 noyabr
15:00. İnter – Neftçi
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu.
İlk oyun günündə qeydə alınan nəticələr: Bakı – Xəzər Lənkəran – 3:0, Qəbələ – AZAL – 1:0, Sumqayıt – Simurq – 0:1.
24 noyabr: Qarabağ – Rəvan.
| 1 | Qarabağ | 13 | 8 | 4 | 1 | 25 | 8 | +17 | 28 |
| 2 | Neftçi | 13 | 8 | 4 | 1 | 20 | 9 | +11 | 28 |
| 3 | Qəbələ | 14 | 8 | 2 | 4 | 21 | 13 | +8 | 26 |
| 4 | Bakı | 14 | 6 | 3 | 5 | 25 | 16 | +9 | 21 |
| 5 | Simurq | 14 | 4 | 6 | 4 | 12 | 12 | 0 | 18 |
| 6 | İnter | 13 | 5 | 2 | 6 | 21 | 18 | +3 | 17 |
| 7 | AZAL | 14 | 4 | 5 | 5 | 12 | 17 | –5 | 17 |
| 8 | XL | 14 | 3 | 5 | 6 | 10 | 20 | –10 | 14 |
| 9 | Rəvan | 13 | 1 | 5 | 7 | 8 | 25 | –17 | 8 |
| 10 | Sumqayıt | 14 | 1 | 4 | 9 | 6 | 22 | –16 | 7 |
Bombardirlər:
6 – Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı).
5 – Vaqif Cavadov (İnter), Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter), Bahodir Nasimov (Neftçi), Nikolas Gelaşvili (Qarabağ), Leonardo da Silva (Qəbələ).
4 – Rauf Əliyev (Bakı), Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ), Çumbinyo (Qarabağ).





