Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Xəzər Lənkəran"ın “Bakı” ilə səfər matçında 0:3 hesablı məğlubiyyətindən sonra uelsli məşqçi Con Toşakın istefa verdiyini bildirmişdik. Əldə etdiyimiz məlumata görə, 64 yaşlı mütəxəssisin gedişindən sonra cənub klubunda daha bir istefa gerçəkləşib.
 
Futbolinfo.az xəbər verir ki, baş məşqçinin köməkçisi vəzifəsində çalışan ispaniyalı  Aleksis Plaza da cənub təmsilçisi ilə yollarını ayırıb. Toşakın gətirdiyi oğulluğu elə onunla birgə də getməyə qərar verib.
 
Xatırladaq ki, Aleksiz Plazanın "Xəzər Lənkəran"la iki illik müqaviləsi var idi. Toşakın 30 yaşlı oğulluğu bir vaxtlar əfsanəvi holland futbolçu və futbol funksioneri Yohan Kroyff tərəfindən “Klub idarəetməsi” diplomu ilə təltif olunmuşdu. O, 2010-cu ildə “Barselona” futbol klubuna prezident seçkiləri zamanı prezidentliyə namizəd olumağa da macal tapmışdı.
Shares: