"Mançester Yunayted" rəhbərliyi təcrübəli futbolçusu Maykl Kerriklə müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, mankunyanlar 32 yaşlı yarımmüdaiəçi ilə 2+1 illik yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, Kerrik 2006-ci ildən "qırmızı şeytanlar"ın formasını geyir. O, indiyə kimi MY ilə 226 matça çıxıb.





