Ukrayna futbolunun canlı əfsanəsi Andrey Şevçenko Fransa – Ukrayna (3:0) oyunu ilə bağlı danışıb. Futbolinfo.az xəbər verir ki, sabiq futbolçu ölkəsinin pley-offu keçə bilməməsinə baxmayaraq, hazırki baş məşqçi Mixail Fomenkonun vəzifəsini davam etdirməli olduğunu deyib:
 
"Onsuz da püşkdən sonra bəlli idi ki, Ukraynanın mundiala yollanmaq şansı azdı. İlk oyundakı yenilgidən sonra fransızlar cavab matçına çox ciddi şəkildə hazırlaşmışdılar. 2 aparıcı futbolçunun olmaması da öz sözünü dedi. Belə mühüm oyunda Kuçer və Fedeçkonun yoxluğunu unutdurmaq heç də asan deyildi. Yenə də ilk oyundan sonra hər birimiz ümidlənmişdik. Amma inanıram ki, Ukrayna millisinin uğurlu çıxışı gələcəkdə də davam edəcək. Çəkilən əziyyət hədər getməyəcək. Fomenkoya da uğurlar arzu edirəm. O, millidə böyük iş gördü və yaxşı nəticələrə imza atdı. Fomenko demək olar ki, heç kimin ümid etmədiyi komandanı play-offa daşıdı. Buna görə də komanda mundialdan kənarda qalsa belə, yenə də Fomenkonun postunda qalmasının tərəfdarıyam. O, başladığı işi mütləq davam etdirməlidi".
 
Qeyd edək ki, Şevçenko karyerasını ötən il başa vurmuşdu.
Shares: